Azərbaycan Respublikasında normativ xarakterli aktların növləri qanunla müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu aktlara Konstitusiya Məhkəməsinin müəyyən qərarları, Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları daxildir.
Həmçinin maliyyə bazarları tənzimləyicisinin, Məhkəmə-Hüquq Şurasının və Audiovizual Şuranın qərarları da bu siyahıya daxil edilib.
Yerli özünüidarə və yerli icra hakimiyyəti orqanlarının qərarları da normativ xarakterli akt hesab olunur.