Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu norma Prezident tərəfindən parlamentə təqdim olunan qanun layihələri üçün xüsusi razılaşdırma qaydası müəyyən edir.
Belə layihələrin ayrıca bütün maraqlı dövlət orqanları ilə razılaşdırılması tələb olunmur.
Qayda qanun layihələrinin təqdim edilməsi prosesinin daha operativ həyata keçirilməsinə imkan yaradır.