Normativ hüquqi aktların və onların struktur elementlərinin ayrıca struktur elementləri kimi sətiraltı qeydləri ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Sətiraltı qeydlər, izahlar və ya ixtisar edilmiş adlardan onlar aktın mətninə yerləşdirilə bilmədikdə istifadə edilir.
Bu qeydlər normativ hüquqi aktın məzmununun izahına və əlavə məlumatların təqdim edilməsinə imkan yaradır.
Qayda həmçinin normativ hüquqi aktın struktur elementlərinin daha aydın təqdim olunmasına xidmət edir.