Bakının Sabunçu rayonunda ev qarət olunub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş F.Ağayev və E.Qəhrəmanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər qonşuluqda yaşayan sakinin evinə daxil olaraq oradan 8800 manat dəyərində kombi, su mühərriki və digər məişət əşyalarını oğurlayıb, daha sonra isə satıblar.
Fakt üzrə araşdırma aparılır.
