Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.
Heftelik.az xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisi məlumat yayıb.
48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, bundan əvvəl UEFA Avropa Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubuna uduzaraq mübarizəni dayandıran “Trabzonspor”da Fatih Tekke istefa verdiyini bəyan etsə də, həmin vaxt rəhbərlik onun bu qərarını qəbul etməmişdi. Ancaq “Trabzonspor” Superliqada son turda Diyarbəkirdə “Amed”-ə 1:2 hesablı məğlubiyyətrdən sonra Fatih Tekkenin istefası qəbul edilib.
Qeyd edək ki “Trabzonspor” Superliqada 3 oyundan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.
