Türkiyənin sabiq daxili işlər naziri İdris Naim Şahin polis nəzarətində olacaq, xaricə çıxışına qadağa qoyulub.
Heftelik.az xəbər verir ki, bu gün Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan Alihan Kuriş cinayət qruplaşması ilə bağlı istintaq çərçivəsində, təşkilatın rəhbəri Hilmi Tuna Kurişin qaçırılmasına vasitəçilik etdiyi müəyyən edilən nəqliyyat vasitəsinin sahibi, keçmiş daxili işlər naziri İdris Naim Şahin məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə növbətçi sülh cinayət hakimliyinə göndərilib.
İdris Naim Şahin barəsində xaricə çıxış qadağası şəklində polis nəzarəti tədbiri tətbiq edilməklə sərbəst buraxılıb.
Türkiyənin sabiq daxili işlər naziri istintaqa cəlb oluna bilər
