Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Fəxri Kazımov
Dövlət başçısının digər Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Osman Xaliyev Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri idi.

Osman Xaliyev
