İndoneziyada Anak-Krakatau vulkanı üç gündür püskürməyə başlayıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə ölkənin qərbində Cakartanın əsas beynəlxalq hava limanı da daxil olmaqla, səkkiz hava limanı müvəqqəti bağlanıb.
Məhdudiyyətlər vulkanın külünü yayan küləyin istiqamətinin dəyişməsi səbəbindən tətbiq edilib.
Bu gün tək Cakarta hava limanında 240-dan çox daxili və beynəlxalq reys ləğv edilib və ya təxirə salınıb. Təxminən 270 mindən çox sərnişinin uçuşu baş tutmayıb.
İndoneziyanın geoloji agentliyi vulkanın püskürməyə davam etmə ehtimalının yüksək olaraq qaldığı barədə xəbərdarlıq edib. Ehtiyat tədbiri olaraq, Cakartadakı bütün məktəblər bu gündən distant təhsilə keçirilib.
Qeyd edək ki, vulkan püskürmələri sentyabrın 5-də başlayıb. Nəticədə təxminən on kül və lava atılması qeydə alınıb.
