
Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.
Faktla bağlı araşdırma aparılır.
***
saat 11.20
Tərtərdə odlu silahdan açılan atəş nəticəsində bir nəfər xəsarət alıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
