Müğənni Vəfa Şərifovaya ifa etdiyi toyların birində saxta 100 manat verilib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı “Instagram” hekayəsində paylaşım edib.

O, verilən saxta əskinası paylaşaraq yazıb:

“Yəqin ki, hansısa toyda verilib. Buna bax e, etibarsızdır. Yazıqlar olsun. Mənə bunu kim verdi?”

Sonra o saxta 100 manatı oğlu Məhəmmədə verərək onunla zarafatlaşıb.

Görüntülər sosial şəbəkələrdə paylaşılıb və insanların gülüş obyektinə çevrilib.