İran Fars körfəzindəki İran gəmilərinə zərbələrə cavab olaraq Yaxın Şərqdəki ABŞ hədəflərinə raket zərbələri endirib.

Heftelik.az xəbər verir ki, bu barədə SNN məlumat yayıb.

İranın ABŞ qüvvələri tərəfindən istifadə edilən İordaniyadakı Müvəffəq Salti və Şahzadə Həsən hava bazalarına raket zərbələri endirdiyi bildirilir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) texniki xidmət və qırıcıların hazırlanması üçün nəzərdə tutulan anqarlara, F-35, F-16 və F-15 qırıcılarının yerləşdiyi ərazilərə, həmçinin təyyarə sığınacaqlarına 25-40 ballistik raket atıb. Zərbələri zərərsizləşdirmək üçün İordaniya və ABŞ HHM sistemləri 60-dan çox “Patriot” raketi buraxıb.

Lakin yayılan görüntülərə əsasən, İran raketləri müdafiəni yarmağa nail olub.

Qiymətləndirmələrə görə, bu, İranın ABŞ-la münaqişə tarixində həyata keçirdiyi ən böyük hücumdur.

“Tasnim” xəbər agentliyi SEPAH-ın mətbuat xidmətinə istinadən bildirir ki, raket zərbələri qanadlı raketlər və “Aegis” sistemi ilə təchiz edilmiş iki ABŞ esminesinə; DDG-119 və DDG-53-ə də endirilib.

Bundan əlavə, “Fars” körfəzində Hörmüz boğazını keçməsinin qarşısını almaq məqsədilə 8 tanker və 10 qayda pozan gəmi də hücuma məruz qalıb.

Qeyd edək ki, İran Hörmüz boğazının girişində ABŞ-a məxsus qabaqcıl sualtı aparatın ələ keçirildiyini açıqlayıb. Bu model ötən il silahlanmaya qəbul edilib. Dəniz dronunun qiymətinin təxminən 2,5 milyon dollar olduğu bildirilir.