Bankın aidiyyəti şəxslərinə verilən kreditlərlə bağlı qərarlar qanunla müəyyən edilən qaydada qəbul olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, kreditin məbləği bankın aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, müəyyən hallar istisna olmaqla, bunun üçün Müşahidə Şurasının və ya Mərkəzi Bankın müəyyən etdiyi limitlər çərçivəsində İdarə Heyətinin qərarı tələb olunur.
Bu qayda səhmdarların ümumi yığıncağına müvafiq səlahiyyət verildiyi hallar istisna olmaqla tətbiq edilir.
Tələblərin məqsədi aidiyyəti şəxslərə kredit verilməsi prosesinə əlavə nəzarətin təmin edilməsidir.