Banklar müştərilərlə bağladıqları müqavilələrdə xidmət şərtlərini sərbəst müəyyən edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu şərtlərə faiz dərəcələri, komissiya haqları və digər ödənişlər daxildir.
Kreditlərin ödəniş qaydaları da müqavilədə müəyyən ediləcək.
Tərəflər qanunvericiliyin tələblərinə uyğun razılığa gələcəklər.