Mərkəzi Bank bankların fəaliyyətini tənzimləyərkən prudensial normativlərin hamısını və ya bir hissəsini tətbiq edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu qərar fəaliyyətin xüsusiyyətləri və yaranan zərurət nəzərə alınmaqla veriləcək.
Normativlərin tətbiqi bankların fəaliyyətinin təhlükəsizliyinə xidmət edir.
Qayda xarici bankların yerli filiallarına da şamil olunur.