Banklar öz və ya müştərilərinin hesabına valyuta, çek, köçürmə vekseli, qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar apara bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Onlar valyuta və faiz dərəcələrinə aid törəmə maliyyə alətlərini də alıb sata bilərlər.
Bu əməliyyatlar həm bankın, həm də müştərinin hesabına həyata keçirilə bilər.
Qanun bankların maliyyə bazarlarındakı fəaliyyət imkanlarını genişləndirir.