Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilə bilən sənədlər banklardan tələb olunmayacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu məlumatlar birbaşa müvafiq dövlət orqanlarından əldə ediləcək.
Elektron qaydada əldə edilməsi mümkün olmadıqda sənədlər sorğu əsasında və ya bank tərəfindən təqdim ediləcək.
Yenilik sənəd dövriyyəsinin sadələşdirilməsinə xidmət edir.