Bankın Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri kommersiya maraqları barədə məlumat verməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu tələb onların ailə üzvlərinin birbaşa və ya dolayı kommersiya maraqlarını da əhatə edir.
Məlumatlar idarəetmə orqanlarına seçildikdə və sonrakı dövrlərdə açıqlanmalıdır.
Açıqlama bankın daxili qaydalarına uyğun aparılacaq.