Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı təhlükəsizlik təyinatlı məsrəflərin azaldılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanun yol təhlükəsizliyi üçün nəzərdə tutulan xərclərin tam həcmdə ayrılmasını tələb edir.
Bu tələbin pozulmasına yol verilmir.
Məqsəd təhlükəsiz yol infrastrukturunun yaradılmasını təmin etməkdir.
