Yol hərəkəti təhlükəsizliyinin hansı istiqamətlər üzrə təmin ediləcəyi müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Sənədə əsasən, yol hərəkətinin təşkili və nəqliyyat vasitələrinin hərəkətə buraxılması əsas istiqamətlər sırasındadır.
Sürücülərin hazırlanması, vətəndaşların maarifləndirilməsi və tibbi təminat da bu siyahıya daxildir.
Bundan başqa, dövlət nəzarətinin həyata keçirilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması da əsas istiqamətlər kimi müəyyən edilib.
