Vergi ödəyicilərinin müraciəti əsasında da növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, əvvəlki yoxlamanın nəticələri ilə razılaşmayan vergi ödəyicisi yazılı müraciət edə bilər.

Bu halda yoxlama əvvəlki yoxlamanı aparmış vəzifəli şəxslər tərəfindən keçirilə bilməz.

Yuxarı vergi orqanına yeni sənədlərlə şikayət verilməsi də yenidən yoxlamaya əsas yaradır.

Xüsusi vergi rejimli müəssisələrdə yoxlamalar həmin sahəyə aid qanunvericilik nəzərə alınmaqla həyata keçirilir.

Yoxlamanın təyin edilməsindən əvvəl bütün risklər AVİS sisteminə daxil edilir və əsaslandırılmış xidməti məlumat hazırlanır.