İlkin araşdırma zamanı vergi ödəyicisinə fəaliyyəti ilə bağlı müxtəlif suallar verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Suallar nəzarət kitabçasının mövcudluğunu və sahibkarlıq fəaliyyətini əhatə edə bilər.
Hüquqi şəxslərdən təsisçilər və təsərrüfat subyektləri barədə də məlumat istənilə bilər.
Vergi ödəyicisinin xaricdəki investisiyaları və əldə etdiyi əmlaklar da sorğu mövzusu ola bilər.
Mühasibat uçotuna cavabdeh şəxslər və uçot metodları barədə də suallar verilə bilər.
Bundan başqa, əvvəlki yoxlamalar və daxili audit barədə məlumatlar da öyrənilə bilər.
