Artıq ödənilmiş vergilərin və sığorta haqlarının qaytarılması üçün müraciətlər də səyyar vergi yoxlamasına səbəb ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Vergi orqanının əldə etdiyi məlumatlar əsasında gəlirlərin və ya vergitutma obyektinin gizlədilməsi əlamətləri müəyyən edilərsə yoxlama təyin olunur.
Məhkəmə və ya hüquq-mühafizə orqanının qərarı da yoxlama üçün hüquqi əsas hesab edilir.
Riskli vergi ödəyicisi statusu da növbədənkənar yoxlamaya səbəb ola bilər.
Hüquqi şəxsin ləğvi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verilməsi zamanı da yoxlama aparılır.
Qaydalar bu halları ayrıca sadalayır.
