ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin digər vergi öhdəliklərinə yönəldilməsi növbədənkənar yoxlamaya əsas yaradır.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Bu halda yoxlama yalnız ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə aparılır.
Artıq ödənilmiş vergi və sığorta haqlarının qaytarılması barədə müraciətlər də yoxlamaya səbəb ola bilər.
Qayda həm vergi ödəyicilərinə, həm də sığortaedən və sığortalılara şamil edilir.
Vergi orqanı müraciətin əsaslı olub-olmadığını araşdırır.
Araşdırmanın nəticəsinə uyğun qərar qəbul edilir.
