Elektron xidmətlər və dövlət informasiya sistemlərinin təşkili üzrə tələblərə əməl olunmasına nəzarət gücləndiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Səlahiyyətli qurum dövlət orqanlarına metodiki kömək və izahlar verəcək.
Göndərilən sorğular ən geci beş iş günü ərzində cavablandırılmalıdır.
Dövlət orqanları qiymətləndirmənin aparılması üçün informasiya sistemlərinə çıxış yaratmalıdırlar.
Qiymətləndirmə zamanı texnoloji infrastrukturun baxışı və test edilməsi də təmin olunacaq.
Aşkar edilən pozuntuların aradan qaldırılması barədə göstərişlərin icrası məcburi olacaq.