Elektron xidmətlərin istifadəyə verilməsi üçün bir sıra prosedurların tamamlanması tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Əvvəlcə məqsədəuyğunluq barədə müsbət rəy alınmalı və zəruri təkmilləşdirmələr aparılmalıdır.
Bundan sonra informasiya təhlükəsizliyi üzrə müsbət rəy əldə edilməlidir.
Dövlət informasiya sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin olunmalıdır.
Elektron xidmət vahid reyestrə daxil edilməli və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməlidir.
Yalnız bundan sonra xidmət həmin sistem vasitəsilə vətəndaşlara təqdim olunur.