Yol hərəkətinin təşkili zamanı təhlükəsizlik səviyyəsinin qorunması əsas prinsip kimi müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, yolların buraxılış qabiliyyətini artırmaq məqsədilə təhlükəsizlik səviyyəsinin aşağı salınmasına yol verilmir.
Təcili hallarda hərəkətin təşkili ilə bağlı dəyişikliklər yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilə bilər.
Həmin göstərişlərin icrası bütün yol hərəkəti iştirakçıları üçün məcburidir.
