Qarabağda füsünkar mənzərəli gölün ətrafı zibilliyə çevrilib.

Heftelik.az xəbər verir ki, Xocalı rayonunun Malıbəyli kəndi yaxınlığında yerləşən gölün ətrafına avtomobillərlə istirahətə gələnlər əraziyəi plastik butulka, qabları və zibil paketləri, salfet və qarpız qabıqları atırlar.

Nəticədə gölün ətrafı zibillə çirklənmiş əraziyə çevrilir, zibil yığınları formalaşır. Ancaq bu təbii gözəllikdən zövq almaq üçün gölün ətrafına avtomobillərlə gələn insanlar plastik tullantıları,

Salfetləri, qarpız qabıqlarını zibil torbalarına yığaraq sonradan yolda qarşılarına çıxacaq zibil qutularına ata, beləliklə, ətraf mühiti zibilləməyə bilərlər.  Yəni bunun üçün dövlət qurumlarının təmizlik işləri aparması, hansısa könüllü layihənin həyata keçiriıməsinə də ehtiyac qalmaq.

Heftelik.az olaraq cəmiyyətimizi bu gözəl təbiət incisini qorumağa çağırırıq.  Belə hallara qarşı ictimai qınaq olmalı, vətəndaş cəmiyyəti institutlatına və mediya da bu kimi məsələlərə xüsusi, həssas yanaşna nümayiş etdirməlidir. Təbiətimizi, gözəl məkanlarımızı qorumaq vəzifəmiz olmalıdır. O cümlədən şəhidlərimizinq anı bahasına azad edilmiş cənnət Qarabağımızda! Bu torpaqlarda hər qayanı, daşı da qorumalıyıq.

Onu da unutmamalıyıq ki, bu torpaqları dünya miqyasında cəlbedici turizm məkanlarına, yaşıl enerji zonasına çevirmək bir hədəf kimi qarşıya qoyulib. Bu hədəfə isə cəmiyyət olaraq nail ola bilərik.