Bakıda binadan yıxılan gənc ölüb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə avqustun 12-də Xətai rayonu ərazisində baş verib.
22 yaşlı Ömər Qarayev 17 mərtəbəli binanın 3-cü mərtəbəsindəki yaşadığı evin eyvanından yıxılararaq, xəsarət alıb. Həmin vaxtdan xəstəxanada müalicə alan Ö. Qarayev görülən tədbirlərə baxmayaraq, sentyabrın 23-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
