UEFA Millətlər Liqasında qrup mərhələsinə bu gün start veriləcək.

Heftelik.az Report-a istinadən xəbər verir ki, ilk olaraq A, B, və D qruplarında matçlar keçiriləcək.

Azərbaycan millisinin yer aldığı D Liqasının II qrupunda Lixtenşteyn və Litva komandaları üz-üzə gələcəklər.

A Liqasının II qrupunda Niderland Almaniya ilə, IV qrupunda isə Portuqaliya Uelslə münasibətlərə aydınlıq gətirəcək.

UEFA Millətlər Liqası

I tur

A Liqası, II qrup

22:45. Niderland – Almaniya

22:45. Serbiya – Yunanıstan

IV qrup

22:45. Portuqaliya – Uels

22:45. Norveç – Danimarka

B Liqası, III qrup

22:45. Avstriya – İsrail

22:45. Kosovo – İrlandiya

D Liqası, I qrup

20:00. Andorra – Malta

II qrup

22:45. Lixtenşteyn – Litva

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.