Ödəniş sərəncamı vasitəçi tərəfindən verildikdə, o, sərəncamın verilməsinə başlamazdan əvvəl ödəyiciyə əlavə məlumatlar təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Vasitəçi öz adı, hüquqi ünvanı və digər əlaqə məlumatları barədə ödəyicini məlumatlandırmalıdır.
Bundan başqa, ödəniş əməliyyatının aparılması üçün vasitəçiyə ödənilən xidmət haqqının məbləği açıqlanmalıdır.
Bu məlumatlar kağız və ya digər davamlı daşıyıcıda təqdim edilməli, yaxud onların ödəyiciyə əlçatanlığı təmin olunmalıdır.
Beləliklə, ödəyici ödəniş sərəncamının verilməsindən əvvəl vasitəçi və onun xidmət haqqı barədə məlumat əldə etməlidir.