Tutulmuş və ya həbs edilmiş şəxsin tələbi olduqda polis əməkdaşı onun müdafiəçinin köməyindən istifadə etmək hüququnu təmin etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Müdafiəçinin iştirakının məcburi olduğu hallarda da bu hüquq təmin edilməlidir. Polis əməkdaşı tutulan şəxslə davranarkən onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmalıdır. Qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olan şəxslərə xüsusi diqqət yetirilməlidir. Bu tələblər azadlığı məhdudlaşdırılan şəxslərlə davranış zamanı onların hüquq və ləyaqətinin qorunmasına yönəlib.

