Ödəniş xidməti istifadəçisinin eyniləşdirilməsi tələb olunmayan ödəniş alətləri ilə bağlı xüsusi məlumatlandırma qaydası müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Belə alətlərdən istifadə zamanı təchizatçıdan müəyyən məlumatların təqdim edilməsi tələb olunmur.
Bunun üçün ödəniş xidməti təchizatçısı istifadəçiyə ödəniş alətində saxlanılan vəsaitin qalığını yoxlamaq imkanı yaratmalıdır.
Bu qayda Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun olaraq tətbiq edilir.
Kiçik həcmli ödəniş alətlərinin müəyyənləşdirilməsi meyarlarını da Mərkəzi Bank müəyyən edir.