Ödəniş hesabı məsafədən idarə edildikdə istifadəçi hesab üzrə məlumat xidmətindən yararlana bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
İstifadəçi hesab üzrə məlumat xidməti təchizatçısı vasitəsilə hesab məlumatlarına çıxış üçün sorğu göndərə bilər.
Bu halda hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalıdır.
Təchizatçı vasitəçi ilə ötürülən məlumat sorğularına qarşı obyektiv əsaslar olmadan ayrı-seçkilik edə bilməz.
Beləliklə, hesab məlumatlarına çıxış zamanı təhlükəsizlik və bərabər münasibət prinsipləri qorunmalıdır.
