Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının icrasından imtina etdikdə istifadəçiyə bu barədə məlumat verməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Məlumatda imtinanın səbəbləri və mövcud çatışmazlıqlar göstərilməlidir. Təchizatçı bu məlumatı ən geci növbəti iş günü istifadəçiyə çatdırmalıdır. Bu tələb vasitəçi ödəniş sərəncamının verilməsindən imtina hallarına da şamil olunur. Qanunla belə məlumatların verilməsi qadağan edilən hallar istisna təşkil edir.
