Ödəniş əməliyyatı vasitəçi tərəfindən başladıldıqda səhv icra edilmiş və ya əsassız silinmiş məbləğ ödəyiciyə qaytarılmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Ödəniş xidməti təchizatçısı həmin məbləği növbəti iş günündən gec olmayaraq ödəyiciyə geri qaytarmalıdır. Vasitəçi ödəniş əməliyyatının icra edilməməsinə və ya səhv icrasına görə məsuliyyət daşıdıqda onun öhdəliyi yaranır. Bu halda vasitəçi təchizatçının ödəyiciyə vəsaitin qaytarılması ilə bağlı çəkdiyi xərclərə görə kompensasiya ödəməlidir. Kompensasiya təchizatçının qarşılaşdığı zərərləri də əhatə edir.