Diplomatik xidmət əməkdaşlarına Qaydalar üzrə müəyyən edilən ödənişlər diplomatik nümayəndəlikdə işə təyin olunduqları tarixdən etibarən verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Ödənişlər diplomatik nümayəndəliklər üzrə müəyyən edilmiş valyutada həyata keçirilir. Məzuniyyət, ezamiyyət və müvəqqəti əmək qabiliyyətsizlik dövrləri bu qaydadan istisnadır. İşçinin iş yerinin və orta əməkhaqqının saxlandığı qanunvericilikdə nəzərdə tutulan digər hallar da istisna edilir. Əməkdaş təyin olunduğu iş yerində hər hansı səbəbdən vəzifəsini 30 təqvim günündən artıq icra edə bilmədikdə dövlət məvacibi yalnız milli valyutada ödənilir. Bu müddət ərzində digər təminatların tətbiqi isə Qaydalarda nəzərdə tutulan şərtlərlə müəyyənləşdirilir. Bununla diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə ödənişlərin valyutası üzrə xüsusi qayda müəyyən olunur.