Azərbaycanda elektron pulun emissiyası banklar, xarici bankların yerli filialları və elektron pul təşkilatları tərəfindən həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Elektron pul emissiyası ilə bağlı hüquq poçt rabitəsinin milli operatoruna da verilir.
Emitent elektron pulun emissiyası məqsədilə qəbul etdiyi pul vəsaiti məbləğində dərhal elektron pul yaratmalıdır.
Emitent elektron pul sahibinə həmin elektron puldan istifadə etmək imkanı yaratmalıdır.
Beləliklə, qanun elektron pul bazarında emissiya həyata keçirə bilən subyektlərin dairəsini konkret müəyyən edir.
