Hollivud ulduzu Bred Pittin San-Sebastyan Film Festivalında çəkilən yeni fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri 62 yaşlı aktyorun görünüşünə diqqət çəkərək onun yenidən spirtli içki qəbul etməyə başlaması ilə bağlı ehtimallar irəli sürüblər.
Bəzi istifadəçilər bunu Bred Pittin övladları ilə münasibətlərində yaşadığı problemlərlə əlaqələndirib.
Qeyd edək ki, Bred Pitt festivalda yeni filmi “Heart of the Beast”in premyerasına 33 yaşlı sevgilisi İnes de Ramonla birlikdə qatılıb. Cütlük qırmızı xalça üzərinə əl-ələ çıxıb və fotoqraflara birlikdə poza verib. Aktyor tədbir üçün klassik kostyum, İnes de Ramon isə dekolteli uzun yaşıl libas seçib.
