İstanbul Prokurorluğu tərəfindən qiymətli kağızlar bazarında həyata keçirilən əməliyyatlarla bağlı aparılan istintaq davam edir.

Heftelik.az xəbər verir ki, istintaq çərçivəsində müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın və onun atası Cihan Sütşurupun əmlaklarına həbs qoyulub, şübhəlilərin saxlanılması barədə qərar çıxarılıb.

Eyni zamanda İstanbul Prokurorluğu 2016-2018-ci illər arasında 65-ci Türkiyə Hökumətində ailə və sosial siyasətlər naziri,  2015-ci ildən Ədalət və İnkişaf Partiyası  sosial siyasətlərə cavabdeh sədr müavini vəzifəsini tutmuş Fatma Betül Sayan Kaya və həyat yoldaşı İlyas Kayanın bütün əmlaklarına həbs qoyulması ilə bağlı aidiyyəti qurumlara yazı göndərib.

Fatma Betül Sayan Kaya ötən gün AKP sədrinin müavini postundan istefa verib.