Ekvayrinq vəsait alanla müqavilə bağlanaraq ödəniş alətləri ilə aparılan əməliyyatlar üzrə məlumatların qəbulu və emalı xidmətidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu xidmət nəticəsində vəsaitlər vəsait alanın xeyrinə köçürülür.
Ekvayrinq çərçivəsində nağd pul vəsaitinin verilməsi ilə bağlı xidmətlər də göstərilə bilər.
Müvafiq xidmətlər ödəniş xidməti təchizatçıları tərəfindən həyata keçirilir.
Qanunda ekvayrinqin ayrıca anlayış kimi təsbit edilməsi bu sahədə fəaliyyət göstərən tərəflərin hüquqi statusunun dəqiqləşdirilməsinə imkan yaradır.