Ödəniş sərəncamı ödəniş əməliyyatının icrası üçün istifadəçi tərəfindən ödəniş xidməti təchizatçısına verilən tapşırıqdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu tapşırıq ödəniş aləti vasitəsilə verilə bilər.
Qanuna əsasən, ödəyici ödəniş əməliyyatının həyata keçirilməsi məqsədilə ödəniş xidməti təchizatçısına ödəniş sərəncamı verən şəxsdir.
Vəsait alan isə ödəniş əməliyyatı üzrə vəsaiti alması nəzərdə tutulan şəxsdir.
Beləliklə, qanunda ödəniş əməliyyatının əsas tərəfləri və onların funksiyaları ayrıca müəyyənləşdirilib.