Ödəniş xidməti təchizatçıları, onların filialları və ya ödəniş agentləri arasında aparılan bəzi əməliyyatlar ödəniş xidməti hesab edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu istisna ödəniş xidməti istifadəçilərinin ödəniş sərəncamlarının icrası ilə bağlı olmayan əməliyyatlara aiddir.
Eyni şirkətlər qrupuna aid ödəniş xidməti təchizatçısının iştirakı ilə aparılan müəyyən əməliyyatlar da ödəniş xidməti hesab edilmir.
Bura müştəri əməliyyatları ilə bağlı olmayan əsas və törəmə cəmiyyətlər arasındakı ödənişlər daxildir.
Qanunda bu kateqoriyaya aid əməliyyatların əhatə dairəsi ayrıca müəyyənləşdirilib.