Diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə tətbiq olunan fərqləndirici əmsallara müəyyən hallarda yenidən baxılacaq. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Əmsallar BMT-nin əməkhaqqı sisteminə yenidən baxılmasının nəticələrinə uyğunlaşdırılması məqsədilə dörd ildə bir dəfə nəzərdən keçiriləcək. Diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi dövlət üzrə inflyasiya göstəricilərinin dəyişməsi də nəzərə alınacaq. Valyuta məzənnələrindəki dəyişikliklərin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq əmsallar iki ildən bir yenidən müəyyən edilə bilər. Bu qayda zərurət yaranan dövlətlər və onların şəhərləri üzrə tətbiq olunur. Diplomatik nümayəndəliyin rəhbərinin dövlət məvacibində dəyişiklik olduqda da əmsallara yenidən baxılır. Beləliklə, fərqləndirici əmsallar beynəlxalq və yerli iqtisadi göstəricilərdəki dəyişikliklərə uyğunlaşdırıla bilər.
