Vergi ödəyicisi müqavilə üzrə iş görür və ya xidmət göstərirsə, həmin iş və xidmətlərin tam başa çatdığı vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda hesablama metodu ilə uçot aparan vergi ödəyicilərinə tətbiq edilir.
Gəlirin uçota alınması üçün əsas işlərin və ya xidmətlərin müqavilədə nəzərdə tutulan qaydada tam yerinə yetirilməsidir.
Beləliklə, gəlirin tanınması işin və ya xidmətin faktiki tamamlanma vaxtı ilə əlaqələndirilir.