Mikro sahibkarlıq subyektləri gəlir və xərclərin uçotunu öz seçimlərindən asılı olaraq kassa və ya hesablama metodu ilə apara bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Kiçik, orta və iri sahibkarlıq subyektləri isə uçotu hesablama metodu ilə aparmalıdırlar.
Vergi ödəyicisinin seçdiyi uçot metodu gəlir və xərclərin hansı hesabat dövrünə aid edilməsinə təsir göstərir.
Uçot metodunun dəyişdirilməsi zamanı verginin məbləğinə təsir edən mühasibat əməliyyatlarına müvafiq düzəlişlər edilməlidir.
