Rezident müəssisə və ya sahibkarın muzdlu işlə əlaqədar qeyri-rezidentə ödədiyi gəlirdən vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu gəlirlər üzrə vergi dərəcələri Vergi Məcəlləsinin 101-ci maddəsində müəyyən edilən qaydada tətbiq olunur.
Belə ödənişlər qeyri-rezidentin Azərbaycandan əldə etdiyi gəlirlər sırasında nəzərə alınır.
Verginin tutulması ödəniş mənbəyində həyata keçirilir.
