Azərbaycan mənbəyindən əldə edilən müəyyən faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda rezident fiziki şəxslərə və qeyri-rezident fiziki şəxslərin Azərbaycandakı daimi nümayəndəliklərinə ödənilən faizlərə şamil edilir.
Maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizləri də bu qaydaya daxildir.
Eyni zamanda Azərbaycanda daimi nümayəndəliyi olmayan qeyri-rezidentə ödənilən və Azərbaycan mənbəyindən əldə olunan faizlər də vergiyə cəlb edilir.
