Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər gəlirdən çıxıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu xərclər müəyyən edilmiş amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır.
Qayda təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclərə də şamil edilir.
Həmin müddəalar Vergi Məcəlləsinin amortizasiya qaydalarını müəyyən edən 114-cü maddəsinə əsaslanır.
