Müharibə və silahlı münaqişə şəraitində olan ölkələrdə faktiki fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşlarına əlavə kompensasiya ödəniləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.
Kompensasiyanın məbləği fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan dövlət məvacibinin 30 faizi həcmində müəyyən edilir.
Bu təminat həmin nümayəndəliklərdə faktiki fəaliyyət göstərən diplomatik xidmət əməkdaşlarına şamil olunur.
Xarici İşlər Nazirliyi hər rübün əvvəlində faktiki fəaliyyət göstərməyən diplomatik nümayəndəliklər barədə Maliyyə Nazirliyinə məlumat təqdim edir.
Müharibə və silahlı münaqişə şəraitində olan dövlətlərin siyahısında dəyişiklik edilməsi məsələsinə Nazirlər Kabineti baxır.
Belə dəyişiklik Xarici İşlər Nazirliyinin vəsatəti əsasında həyata keçirilə bilər.
Nəticədə riskli şəraitdə xidmət edən diplomatik əməkdaşlar üçün əlavə maliyyə təminatı tətbiq olunur.
