Mərkəzi Bank təqdim edilən məlumatların tam olmaması və ya sənədlərdə çatışmazlıq aşkar edilməsi halında ödəniş xidməti təchizatçısına yazılı bildiriş göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bildiriş müraciət daxil olduğu gündən 5 iş günü müddətində təqdim edilir.
Müraciət edən şəxs aşkar edilmiş çatışmazlıqları bildirişi aldığı gündən 10 iş günündən gec olmayaraq aradan qaldırmalıdır.
Çatışmazlıqlar aradan qaldırılmadıqda Mərkəzi Bank agenti reyestrə daxil etməkdən imtina edir.
Çatışmazlıqlar sonradan aradan qaldırıldıqda isə ödəniş xidməti təchizatçısı agentin reyestrə daxil edilməsi üçün yenidən müraciət edə bilər.